Qeyri-Bank

Rusiya rublu çökdü. Dollar 95 səviyyəsini keçdi

Dollar/rubl pariteti 2022-ci ilin martından bəri ilk dəfə olaraq 95 səviyyəsini keçib. ENA.az xəbər verir ki, həftənin son ticarət gününün açılışında rubl dollara nisbətdə təxminən 0,11% ucuzlaşıb, dollar/rubl pariteti isə 95-ə yüksəlib.

Beləliklə, dollar/rubl pariteti 2022-ci ilin martından bəri ilk dəfə olaraq 95 səviyyəsini ötüb.

Ekspertlər rublun ucuzlaşmasında idxalın artması ilə yanaşı, yay mövsümündə Rusiya vətəndaşlarının tətil üçün xarici valyutaya tələbatının artmasının da təsirli olduğunu vurğulayırlar.

Rusiya Maliyyə Nazirliyi dünən 2022-ci ilin yanvarından bəri ilk dəfə olaraq daxili bazarda xarici valyuta almağa başlayacağını açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)