Qarabağ

Ağdam-Xankəndi yolundakı polis postuna işıq çəkildi - VİDEO

“Azərişıq” Ağdam-Xankəndi yolundakı polis postuna işıq çəkib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Ağdam-Xankəndi avtomobil yolunda qurulan yeni polis postu "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə xüsusi dövlət əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)