Paşinyan: "Uzunmüddətli sülh üçün imkanlar mövcuddur"
Uzunmüddətli, sabit və davamlı sülhün yaranması üçün imkanlar mövcuddur.
ENA.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O qeyd edib ki, Ermənistan ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülhün bərqərar olmasına dair razılaşmalara sadiqdir.