Rusiyanın iri onlayn pərakəndə satış şirkəti Azərbaycan bazarına daxil oldu
“Wildberries” onlayn pərakəndə satış mağazası Azərbaycanda fəaliyyətə başlayıb, Bu barədə "TASS" xəbər verir.
“Wildberries” beynəlxalq onlayn platforması öz coğrafiyasını genişləndirir və Azərbaycan bazarına daxil olur. Platformanın ölkədə işə başlaması sayəsində onun sakinləri geniş çeşiddə mallara çıxış əldə edəcək, yerli biznes nümayəndələri isə satışa başlamaq imkanı əldə edəcəklər”, – məlumatda deyilir.
Azərbaycanda 5 milyondan çox mal çeşidi alıcıların ixtiyarına verilir: geyim və ayaqqabı, aksessuarlar, kosmetika, uşaq malları, məişət texnikası və elektronika, məişət malları, rəqəmsal cihazlar və s. Bildirilir ki, malları sifarişlərin verilmə məntəqələrində təhvil almaq olar.