İnşaat və əmlak

İngiltərədə mənzil qiymətlərində son 14 ildə ən kəskin enişi qeydə alındı

Bu  ilin iyul ayında İngiltərədə ev qiymətləri 3,8 faiz ucuzlaşıb. ENA.az xəbər verir ki, bu 2009-cu ilin iyul ayından bəri ən böyük ucuzlaşmadır.

Açıqlamada, bu ilin iyul ayında ölkədə mənzil qiymətlərinin aylıq bazda yüzdə 0,2 azaldığı, bu azalma ilə ölkədə bir evin orta qiymətinin isə 260 min 828 sterliqə endiyi bildirilib.

Qiymətləndirmələrə şərh verən İqtisadçı Robert Qardner, son aylarda siyasət faizlərindəki artımın ev sahibi olmağı planlaşdıran istehlakçıları getdikcə çətin vəziyyətə saldığını söyləyib. 

May ayında inflyasiya 8,7 faizdə qaldıqdan sonra, BoE siyasət faizini 50 əsas bənd artıraraq 4,50 faizdən 5 faizə çatdırdı.

Bazarlar İngiltərə Bankının siyasət faizini 5 faizdən 5,25 faizə qaldıracağını gözləyir ki, bu da son 15 ilin ən yüksək səviyyəsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)