Aqrar

Buğda qiymətləri Rusiyanın hücumu ilə sıçradı

Rusiyanın taxıl bazarına mənfi təsiri davam edir. ENA.az xəbər verir ki, Rusiya, Ukraynanın taxıl daşıma infrastrukturuna hücumlarını davam etdirir və bu, bazarda daha da gərginliyə səbəb olur.

Nəhayət, Qara dənizdə Rusiya sualtı qayığından atılan iki raket Odessa limanının infrastrukturuna ziyan vurub.

Bu hücumdan sonra Çikaqoda buğda fyuçerslərində 1,5 faiz artım oldu.

Rusiya iyulun 17-də taxıl dəhlizindən çəkildikdən sonra Dunaydakı limana da hücum etdi.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci ildə Qara Dəniz Taxıl Dəhlizi Sazişi imzalayıb.

Kremlin sözçüsü Dmitriy Peskov iyulun 17-də vaxtı bitmiş Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı açıqlama verərək "Taxıl dəhlizi sazişi əslində sona çatdı, dayandırıldı", ifadəsini işlədib.

Rusiyanın bu qərarı dünyada reaksiyalara səbəb olub və Rusiya qidadan silah kimi istifadə etməkdə ittiham edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)