Aqil Qurbanov yüksək vəzifəyə təyin olundu
Müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanova yüksək vəzifə verilib.
Məlumata görə, o, Müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Qurbanov bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.