Neft qiymətləri düşməyə başladı - 26.07.2023
Neft qiymətləri bugün ucuzlaşır. ENA.az xəbər verir ki, buna keçən həftə ABŞ-da səhmlərin artdığını göstərən Amerika Neft İnstitutunun (API) məlumatları kömək edir. API-dən verilən məlumata görə, ehtiyatlar 1,319 milyon barel artıb.
Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:05-ə olan Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 83,19 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,45 dollar (0,54%) aşağıdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti bu vaxta qədər 0,46 dollar (0,58%) ucuzlaşaraq 79,17 dollar/barelə bərabər olub.
İyulun 21-də başa çatan həftə üçün ABŞ-ın enerji ehtiyatları ilə bağlı rəsmi məlumat Energetika Nazirliyi tərəfindən Moskva vaxtı ilə saat 17:30-da açıqlanacaq. S&P Global Commodity Insights-ın sorğusuna qatılan ekspertlər neft ehtiyatlarının orta hesabla 4,4 milyon barel, benzinin 2 milyon barel, distillələrin 2,3 milyon barel azalacağını proqnozlaşdırırlar.
Həmin ərəfədə məlum olub ki, Çin hakimiyyəti istehlakı, o cümlədən avtomobil və elektronika alışını, həmçinin idman, turizm və istirahət daxil olmaqla xidmətlərə tələbatı stimullaşdırmaq niyyətindədir.