Bitkoin ucuzlaşır. Ən çox bahalaşan koinlər-TOP-3 (25.07.2023)

Bitkoin ucuzlaşır. ENA.az xəbər verir ki, saat 11:00-a qiyməti 29.150.71 dollardır (BTC/USD). Son 24 saatda Bitkoin 19,44 milyon dövriyyə ehtiyatı ilə 2,13% ucuzlaşıb.
Cari bazar kapitallaşması isə 566.65 milyard dollardır. 24 saatlıq ticarət həcmi 14,59 milyard dollardır.
Son sutkada ən çox bahalaşan koin isə yeni çıxmış Worldcoin-dir. Worldcoin-i OpenAI-nin, süni intellekt ChatGPT çatbotunun yaradıcısı Sem Altman çıxardıb.
Beləliklə, qiyməti artan TOP-3 koinlər bunlardır: Worldcoin 22.60%, Kyber Network Crystal v2 12,87%, TomoChain 9,42%.