Sənaye

Goldman-dan neft tələbində pik proqnozu

Goldman Sachs yaxın perspektivdə neft bazarlarında rekord tələbin xam neft qiymətlərini artıracağını gözləyir. ENA.az xəbər verir ki, Goldman Sachs-ın Neft Araşdırmaları Direktoru Daan Struyven, CNBC-yə bildirib ki, "Tələbin bütün zamanların ən yüksək həddinə çatması ilə biz ikinci yarıda əhəmiyyətli bir tədarük boşluğunu gözləyirik, üçüncü rübdə təxminən 2 milyon barel".

Struyven hazırda barreli 80 dollardan bir qədər çox olan Brent markalı neftin proqnozunun ilin sonuna kimi 86 dollara yüksələcəyini bildirib.

Struyyen, ABŞ-ın xam neft hasilatının keçən il əhəmiyyətli dərəcədə artaraq gündəlik 12,7 milyon barrelə yüksəldiyini, bu il isə əksinə, 2023-cü ilin qalan hissəsində artım tempinin yavaşlayacağını bildirib.

Struyven iddia edib ki, G-20 enerji nazirlərinin görüşündən sonra razılaşmanın olmaması uzunmüddətli neft tələbi ilə bağlı "çox vacib" qeyri-müəyyənliyə işarə edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)