Yaponiyanın Çinə qarşı çip məhdudiyyətləri qüvvəyə mindi
Yaponiya çip istehsalında istifadə olunan 23 materialın ixracına məhdudiyyətlər tətbiq edib. Sözügedən məhdudiyyətlər Çinin hərbi məqsədlər üçün yüksək texnologiyalı çiplər istehsalını məhdudlaşdırmaq məqsədi daşıyır.
ENA.az xəbər verir ki, Yaponiyanın qabaqcıl çip istehsalı avadanlıqlarının Çinə ixracına qoyduğu məhdudiyyətlər qüvvəyə minib.
Kyodo News-un xəbərinə görə, Yaponiyanın Çinin hərbi məqsədlər üçün yüksək texnologiyalı çiplər istehsalını məhdudlaşdırmaq üçün ABŞ-ın səyləri çərçivəsində tətbiq etidyi ixrac məhdudiyyətlərinin qüvvəyə mindiyini açıqlayıb.
Ölkədə bu materialları istehsal edən 10-a yaxın şirkətin bu məhdudiyyətlərdən təsirlənəcəyi gözlənilir.