Birja

Bugün bitkoin 255 dollar ucuzlaşıb. Bahalaşan koinlər - TOP-3

Bugün bitkoin 255 dollar ucuzlaşıb. ENA.az xəbər verir ki, rəqəmsal valyutalarla bağlı xüsusən də Amerikanın müvafiq dövlət qurumlarının sərt mesajları investorların bazara marağını qismən cilovlayıb.

Beləliklə, Bitkoin 19,43 milyon dövriyyə ehtiyatı ilə son 24 saatda 0,85% ucuzlaşıb. Hazırda qiyməti 30.005.21 dollardır (BTC/USD). 

Bitkoinin cari bazar kapitallaşması isə 583.07 milyard dollardır.  Son 24 saatlıq ticarət həcmi 13,76 milyard dollar təşkil edir. 

Son bir gün ərzində ən çox bahalaşan TOP-3 koin bunlardır: Chainlink 20%, Acala Token 19%, Stella 19%.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)