Gündəm

İsrail Prezidenti: "İran nüvə enerjisinə sülh məqsədləri üçün can atmır"

"İran nüvə enerjisinə sülh məqsədləri üçün can atmır, İsrail və ABŞ Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün birlikdə çalışmalıdır".

ENA.az xəbər verir ki, bu sözləri İsrail Prezidenti İsaak Hersoq ABŞ Konqresinin iclasında deyib.

"İsrail və ABŞ-nin hazırda üzləşdiyi ən böyük problem İranın nüvə proqramıdır. İran sabitliyə təhlükə yaradaraq nüvə potensialını artırır", - İsrail Prezidenti bildirib.

Hersoqun sözlərinə görə, İranın nəzarəti və ya təsiri altında olan bütün bölgələr və ölkələr tamamilə xarabalığa çevrilib. O, nümunə olaraq Qəzza, İran, Yəmən, Livan, Suriyanı göstərib.

İsrail Prezidenti vurğulayıb ki, yəhudi dövləti İranla münaqişəyə can atmır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)