Super Toys işçi axtarır - MAAŞ 1000-1200 AZN
Mağaza Adminstratoru
Son tarix 19 avq 2023
Vəzifə öhdəlikləri:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- Mağazaya təyin edilən hədəfə çatmaq;
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
- Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Namizədə Tələblər:
- Dil bilikləri: Rus dili-əla;
- Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
- İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
- Analitik düşüncə qabiliyyəti;
- Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir;
- Satış texnikası, idarəçilik qabiliyyəti;
- 25-45 yaş arası xanımlar;
Şirkət təklif edir:
- İş rejimi: Həftədə 6 gün (növbəli)
- Əmək haqqı: 1000-1200Azn
- Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz CV-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.