Mövlan Paşayev xarici şirkətdəki rəhbər vəzifəsindən ayrıldı
Dünyanın dörd ən iri (BigFour) audit şirkətinə daxil olan PwC-nin (PricewaterhouseCoopers) Azərbaycan şirkətinin rəhbəri dəyişib.
1996-cı ildən bu günə qədər bu vəzifədə çalışan Mövlan Paşayev Nofəl oğlu bu vəzifədən kənarlaşıb və onu bu vəzifədə Michael Robert Ahern (Mayk Ahern) əvəzləyib.
M.Ahern uzun müddət idi Qazaxıstan üzrə idarəedici partnyor idi.
Qeyd edək ki, hüquqi şəxs olaraq PwC-ni Azərbaycanda “PraysVoterhausKupers Audit Azərbaycan” MMC-dir,.