Avtomobil

Avropada avtomobil satışlarının sürəti azalmır. Elektrikli avtomobilə daha çox tələb var

İyun ayında Avropada avtomobil satışları da elektrik avtomobillərə tələbatın artması və ehtiyat hissələrin tədarükü sayəsində artıb və artım 11-ci aydır ki, davam edir.

ENA.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, yeni nəqliyyat vasitələrinin qeydiyyatı 19 faiz artaraq 1,27 milyon ədədə çatıb. Elektrikli avtomobillərin satışları yüzdə 55 artarkən, dizel avtomobillərin tədarükü yüzdə 10 azalıb.

Yarımkeçiricilər kimi kritik komponentlərdə uzun müddət davam edən tədarük çatışmazlığı asanlaşdıqca avtomobil istehsalçıları gözlənilən sifarişləri əritməyə davam edir. Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada alıcılar iyun ayında 52 988 elektrikli avtomobil alıblar. Bu rəqəm bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 64 artım ilə Avropada ən yüksək rəqəm olaraq qeyd edildi.

Elektrikli avtomobillərin böyüməsinə 33 min 280 satışla Fransa da qatılıb. Hollandiyada 13 min 892 elektrikli avtomobil satışı oldu.

Bütün yanacaq növləri daxil olmaqla, Volkswagen AG keçən illə müqayisədə satışı 27 faiz artıraraq 325.612 tədarük edib və regionda ən çox minik avtomobili satan şirkət olub.

Stellantis NV-nin satışları yüzdə 2,5 azalaraq 210 min 495 olub.

Almaniyadakı fabrikində istehsal gücünü artırmağı planlaşdıran Tesla Inc. 47 606 avtomobil satmaqla yerli Fiat və Citroën markalarını geridə qoyub, bir il əvvəllə müqayisədə satışlarını iki dəfədən çox artırıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)