Krımda silah-sursat anbarı yanıb. Dörd qəsəbənin sakinləri təxliyə edilir
İyulun 19-na keçən gecə ilhaq edilmiş Krımın Kirovski rayonunda təlim poliqonunda yanğın baş verib, bununla əlaqədar yerli hakimiyyət orqanları dörd yaşayış məntəqəsini boşaltmağa başlayıb. Yanğının nədən qaynaqlandığı barədə yerli hakimiyyət məlumat vermir.
Krım administrasiyasının rəhbəri Sergey Aksyonovun sözlərinə görə, iki mindən çox insanın təxliyəsi planlaşdırılır. Aksenov yanğın baş verən ərazidə Tavrida magistral yolunun bağlandığını da açıqlayıb.
Mash teleqram kanalının məlumatına görə, yanğın sursat anbarında başlayıb. Kanalın yazdığına görə, yerli sakinlər son iki saat ərzində poliqonun beş kilometr radiusunda partlayış səsləri eşidirlər.
Aksenovun müşaviri Oleq Kryuçkov bildirib ki, bölgədə fövqəladə halların aradan qaldırılması üzrə Operativ Qərargah yaradılıb.