Birja

Neft qiymətləri düşür. Rusiyanın nefti azaltması bazara təsirini qoruyur

Neft qiymətləri Rusiyanın tədarükün kəsilməsi istiqamətində atdığı addımlar və iqtisadi məlumatlardan gələn güclü siqnallar sayəsində mülayim eniş edir. 

Treyderlərin diqqəti ABŞ Energetika Nazirliyinin ölkədəki enerji ehtiyatları ilə bağlı saat 18:30-da açıqlanacaq hesabatına yönəlib.

Amerika Neft İnstitutunun (API) çərşənbə axşamından çərşənbəyə keçən gecə dərc olunan məlumatları iyulun 14-də başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 797 min barel azaldığını göstərib. “Trading Economics”in istinad etdiyi ekspertlərin konsensus proqnozu bir həftə əvvəl 3 milyon bareldən çox artımdan sonra ehtiyatların 2,25 milyon barel azalmasını nəzərdə tuturdu.

Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:15-ə Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri 79,41 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,22 dollar (0,28%) aşağıdır.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında avqust ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu dəfə 0,32 dollar (0,42%) azalaraq 1 barelə görə 75,43 dollar təşkil edib. 

Nymex-də ticarət edilən neftin saxlandığı Oklahoma ştatının Cushing terminalındakı ehtiyatlar, API-ə görə, keçən həftə 3 milyon barel azalıb. Bu azalma, rəsmi məlumatlarla təsdiqlənərsə, 2021-ci ilin oktyabrından bəri ən böyük azalma olacaq.

The Wall Street Journal-ın sorğusuna qatılan analitiklər keçən həftə ABŞ-ın neft ehtiyatlarının 1,8 milyon barel, benzinin 1,1 milyon barel azalacağını, həmçinin distillə ehtiyatlarının 200 min barel artacağını gözləyirlər.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)