Azərbaycanda hər ay inflyasiya hesabatı hazırlanacaq
Ölkədə qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüləcək.
ENA.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamında əksini tapıb.
Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə yaradılan İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.