Gündəm

Muxtar Babayev brifinq keçirir - YENİLƏNİLİB

Bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazirlikdə brifinq keçirir.

ENA.az xəbər verir ki, saat 16:00-da başlayacaq brifinq Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlıdır.

***

İyunun 21-də Prezidentin tapşırığı ilə Baş nazirin sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Nazir deyib ki, iyunun 22-də və 27-də Komissiya üzvləri kənd sakinləri ilə görüş keçirib, texnoloji prosesi ilə tanış olub, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb:

“Səhiyyə, sağlamlıq məsələləri ilə bağlı TƏBİB-in, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar Nazirliklərinin və digər müvafiq strukturların əməkdaşları ora səfər edib. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq. Hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmaması, hava keyfiyyətinə təsir etmədiyini məlum oldu”.

***

Gədəbəy çayında və digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Muxtar Babayev deyib ki, tokisiki maddələr üçün çay məcrası yaxınşlığında Suni göl yaradılması adiyyəti qurumlarla razılaşdırılmayıb: “Vahid monorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib. Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə zonası müəyyənləşdirilməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)