TURİZM

Aeroportda noutbuku yandırmağı nə üçün tələb edirlər?

“Hörmətli sərnişin, xahiş edirik, noutbukunuzu yandırın” – yəqin ki, aeroportda təhlükəsizlik baxışından keçərkən, təhlükəsizlik əməkdaşları tərəfindən sizə ünvanlanan bu sözləri eşitmisiniz.

Niyə bizdən noutbukumuzu yandırmağımızı istəyirlər?

Bütün hava limanlarında təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilir. Bunlara baqajların, mobil cihazların və digər əşyaların yoxlanması aiddir.

Bəs, heç özünüzə sual vermisinizmi niyə məndən yoxlanış zamanı noutbukumu yandırmağımı tələb edirlər?

Bu əlbəttə ki, terorizmlə  mübarizə üçün birbaşa təhlükəsizlik tədbirlərinə riayət etməkdir. Əldəqayırma partlayıcı qurğular sərnişin, ekipaj və işçi heyət üçün böyük bir təhlükə yaradır. Belə ki, Amerika kəşfiyyatına görə terrorçular noutbuklarda partlayıcı maddələr daşıya bilərlər. Bu səbəbdən işləməyən qurğular aeroport əməkdaşlarında şübhə yarada bilər. Ona görə, sizdən təhlükəsizlik baxışı zamanı noutbukunuzu yandırmağınızı xahiş edirlər. Bu əlbəttə ki, yalnız noutbuklara deyil, bütün qurğulara aiddir. Həmçinin, maye və gellərinizi tutumu 1 litrdən artıq olmayan şəffaf plastik paketlərə (20sm x 20sm) qoymağınız tövsiyyə olunur. Yox, əgər, maye və gellərinizi özünüzlə hava gəmisinə götürmək istəyirsinizsə, hər bir konteynerin həcmi 100 ml-dən artıq olmamalıdır. Onların ümumi həcmi 1 litrdən çox olmamalıdır. Diqqət yetirin ki, 200 ml həcmli şüşə qab yarıya qədər dolu olduqda belə, o 200 ml hesab ediləcək. Üst geyiminizi, papaq və ya boğazlı ayaqqabılarınızı çıxarıb, konnteynərə yerləşdirib, x-ray aparatından keçirin. Bu xırda qaydaları bilmək sizin vaxtınıza qənaət edəcək. Ən əsası isə uçuş öncəsi “kefinizə soğan doğramayacaqlar”.

Axı, ehtiyat igidin yaraşığı olduğu kimi, aeroportların da yaraşığıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)