Sənaye

Socar "Qalatasaray"ın sponsoru oldu. Nə qədər ödəyəcək?

“Qalatasaray” 2023-2024-cü il mövsümündə enerji və Kişi Futbol Komandalarının Avropa Kuboku matçlarının formasında sinə sponsorluğu çərçivəsində SOCAR ilə müqavilə imzalayıb.

ENA.az xəbər verir ki, sarı-qırmızılı klubdan verilən açıqlamada "Qalatasaray klubu ilə Azərbaycanın enerji nəhəngi SOCAR arasında 2023-2024 mövsümündən başlayaraq bütün filialları əhatə edən 3 illik sponsorluq, reklam və tanıtım hüquqları müqaviləsi imzalanıb", - deyə açıqlama verilib. 

Razılaşmaya əsasən, SOCAR-ın sarı-qırmızılı futbol komandasının avrokuboklarda keçiriləcək oyunlarda formanın döş hissəsində də yer alacağı bildirilib.

Qalatasaray Sportif AŞ-dən İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərilən açıqlamada SOCAR-ın hər müqavilə ili üçün 5 milyon avro, cəmi 15 milyon avro + ƏDV ödəyəcəyi bildirilib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)