Mercedes-Benz satışları ikinci rübdə 6% artıb
Daimler AG Group-dan verilən açıqlamada, elektrikli və lüks avtomobillərə olan tələbat səbəbiylə Mercedes-Benz-in avtomobil və yüngül ticari avtomobil satışlarının ilin ikinci rübündə 6% artdığı bildirilib.
Alman avtomobil istehsalçısı Mercedes-Benz-in avtomobil və yüngül ticari vasitə satışları ilin ikinci rübündə elektrikli və lüks avtomobillərə olan tələbat səbəbiylə yüzdə 6 artıb.
ENA.az xəbər verir ki, 515 min 700 avtomobil satılıb.
Şirkətin ən böyük bazarı olan Çində avtomobil tədarükü də ikinci rübdə yüzdə 12 artaraq 183 min 600-ə çatıb. Almaniyada tədarüklər 23% artaraq 58,600-ə, ABŞ-da isə 6% artaraq 88,100-ə çatıb.