MALİYYƏ

Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edildi

Azər Rasim oğlu Abbasov, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Bu barədə verilən məlumatda deyilir.

1985-ci ildə Bakı şəhərində anadan olub.

2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr, 2010-ci ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ üzrə magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə 2006-cı ildən Azərbaycan Hüquqçular Assosiasiyasında hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.

2010-2016-cı illərdə əmək fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirmişdir.

2016-2018-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətində Hüquq sektorunun müdiri vəzifəsini icra edib.

2018-2023-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 3930 nömrəli 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Ailəlidir, 1 övladı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)