Qeyri-Bank

Kriptovalyutaların gələcəyi haqqında istifadəçilər nə fikirləşirlər? - SORĞU

“Binance”ın araşdırması sorğuda iştirak etmiş institusional istifadəçilərin 88%-nin kriptoaktivlərin uzunmüddətli perspektivlərini müsbət qiymətləndirdiyini göstərib.

“Institutional Crypto Outlook Survey”in apardığı sorğunun  nəticələrinə əsasən, “Binance VIP” və institusional istifadəçilərin 63,5%-nin növbəti 12 ay ərzində kriptovalyuta aktivlərinə müsbət yanaşdığı bildirib. Respondentlərin böyük əksəriyyəti (88%) növbəti on il üçün kriptoaktivlərə inandığını qeyd edib.

Sorğu həmçinin göstərib ki, istitusional istifadəçilər kriptovalyutaların kütləviləşməsində əsas faktor kimi (26,9%) real istifadə hallarını göstəriblər. 25,3% respondent isə krivtovalyutaların tətbiqinə təkan verən amilin yüksək qiymətlər olduğunu bildirib.

“208 VIP” və “Binance” institusional istifadəçiləri arasında qlobal sorğu 31 mart − 15 may 2023-cü il tarixlərində keçirilmişdir. Sorğuda respondentlərin demoqrafik göstəriciləri, eləcə də onların kriptovalyutalara sərmayə yatıranda nəyə üstünlük vermələri, nəyi qəbul etmələri və motivləri araşdırılıb. Hesabatdan irəli gələn əsas nəticələr aşağıdakılardır:

  • İnstitusional yerləşdirmə: ötən il ərzində bazarın inkişaf etməsinə baxmayaraq, investorların əksəriyyəti (47,1%) kriptovalyuta yerləşdirmələrini davam etdirib, onların üçdə birindən çoxu isə (35,6%) həmin dövr ərzində kriptovalyuta yerləşdirmələrini artırdığı halda, 17,3%-i azaldıb.
  • Yerləşdirmədə gözlənilən dəyişikliklər: respondentlərin əksəriyyəti (50,0%) növbəti 12 ay ərzində yerləşdirmələrini artırmağı və ya saxlamağı düşünür (45,7%).
  • Bitkoinə daha müsbət münasibət: bitkoin və kriptovalyutalar haqqında təsəvvürlər son bir il ərzində çox dəyişməsə də (müvafiq olaraq 44,7% və 47,8%), respondentlərin əksəriyyəti daha geniş kriptovalyuta sektoru ilə müqayisədə bitkoinə olduqca müsbət yanaşır (33,2%-ə qarşı 47,3%).  
  • İnfrastruktur və innovasiyalar: investorların 53,9%-i infrastrukturun onlar və ya fondları üçün daha vacib sektor olduğunu qeyd edib. Xüsusi sahələr haqqında suala gəlincə, investorların yarıdan bir qədər çoxu (51,0%) pul kisəsi innovasiyalarını vacib adlandırıb.
  • İnvestisiya motivasiyası: investorların 42,8%- i yüksək investisiya gəlirləri əldə etmək imkanının kriptovalyutalara investisiya qoymaq baxımından daha əsaslı arqument olduğunu qeyd edib. İnvestorların 37,5%-i isə yeni texnologiyalara uzunmüddətli çıxış əldə etməyin əsas motivasiya olduğunu hesab edir.                                                                                     

● Ticarət platformaları: mərkəzləşdirilmiş birjalar institusional ticarət (90,5%) və depozit fəaliyyəti üçün ən populyar platforma olaraq qalır (58,2%). Ticarət platformasını seçərkən likvidlik (28,0 %), təhlükəsizlik (26,0%) və nüfuz (22,5%) ilk üç meyar olub.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)