BİZNES

“PASHA Holding”in şirkətlərindən birinə yeni rəhbər təyin edilib

“PASHA Holding” MMC-nin törəmə IT şirkəti “PAŞA Technology” MMC-nin baş icraçı direktoru dəyişib.

Məlumata görə, səhmdarların qərarı ilə Əmir Vəlibəyov Mahmud oğlu şirkətin rəhbəri təyin edilib.

O, bu vəzifədə Şərif Şıxlinskiy Söhrab oğlunu əvəz edib. Ş.Şıxlinskiy 2018-ci ilin avqustundan bu vəzifədə idi və hazırda o Kanadanın Toronto şəhərinə köçüb və karyerasını orada davam etdirəcək.

Əmir Vəlibəyov isə 2000-ci illərdən 2023-cü ilin iyununa qədər “Azercell Telekom” MMC-də çalışır. Telekommunikasiya şirkətindəki karyerasının son 8 ilini IT infrastrukturu bölməsinin rəhbəri idi.

“PAŞA Technoloy” MMC – 2018-ci ildə yaradılıb, 24.76 milyon manat nizamnamə kapitalı var. “PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün IT xidmətləri, “Cloud Computing”, kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin edilməsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)