Qeyri-Bank

Kənd Təsərrüfatının Sığortası Fondu zərərini bağladı və mənfəətə keçdi

Azərbaycan Kənd Təsərrüfatının Sığortası Fondunun 2022-ci il üzrə xalis mənfəəti 2 milyon 586,267 min manat təşkil edib. ENA.az xəbər verir ki, 2021-ci il üzrə 1 milyon 308,353 min manat zərər açıqlamışdı. 

Maliyyə hesabatlarına əsasən, 2022-ci ildə Fondun xalis sığorta haqları 10 milyon 493,851 min manat (artım 35,7%) təşkil edib.

Müxtəlif xərclər çıxılmaqla 2022-ci ildə sığorta fəaliyyətindən əldə edilən gəlirlər 5 milyon 732,896 min manat (artım 9,5 dəfə) təşkil edib.

Fondun əməliyyat xərcləri 2 milyon 79,959 min manat (artım 37,3%) təşkil edib.

Vergidən əvvəlki mənfəətin həcmi 3 milyon 322,649 min manat təşkil edib. Mənfəət vergisinin məbləği 736 382 manat (artım 4,2 dəfə) təşkil edib.

2022-ci ildə Fondun aktivləri 35,5% artaraq 22 milyon 94,771 min manata çatıb.

Aktivlərin strukturunda əsas payı pul vəsaitləri və onların ekvivalentləri - 7 milyon 198,935 (artım 2,8 dəfə), bank depozitləri - 5 milyon 208,242 min manat (artım 1,7%) tutur.

2022-ci ildə Fondun öhdəlikləri 31,8% artaraq 13 milyon 275,248 min manata çatıb.

2022-ci ilin yekunlarına görə, Fondun kapitalı 41,5% artaraq 8 milyon 819,523 min manata, nizamnamə kapitalı 9 milyon (dəyişməmiş) olub.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)