Birja

Ümumdünya Qızıl Şurasının proqnozu nədir?

Ümumdünya Qızıl Şurası (WGC) qızıl qiymətlərinin qarşıdakı dövrdə də dəstəklənəcəyini bildirib. ENA.az xəbər verir ki, WGC-nin hesabatında, inkişaf etməkdə olan mərkəzi bankların monetar sərtləşdirmə proseslərinin sona yaxınlaşdığı və bazarlarda ümumi gözləntinin ABŞ iqtisadiyyatının bu ilin sonuna doğru daralması olduğu bildirib.

Bu mühitdə qızılın ilin ilk yarısındakı müsbət gəlirlərin ardından zəif dollar və istiqraz faizlərinin təsiri ilə dəstəkləyici bir proses nümayiş etdirməyə davam edəcəyi gözlənilir.

Şuranın hesabatında, “İqtisadi şərtlər pisləşərsə, qızıl daha güclü investisiya tələbi ilə üzləşəcək. Əksinə, yumşaq eniş (iqtisadiyyatda) və ya daha sərt pul siyasəti investisiyaların azalmasına səbəb ola bilər", - deyilir.

Hesabatda, pul siyasəti ilə iqtisadi göstəricilər arasındakı tarixi uçurumu nəzərə alaraq, investorların sərt enişin hələ də davam edə biləcəyindən narahat olduqları bildirilir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)