Brüsseldə Əliyev-Paşinyan görüşü olacaq
![](https://ena.az/uploads/news/2023-07/_ena_530b2b9989a17263846f8d6bc_o.jpg)
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.
O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.