Abdullahiyan: "Azərbaycan kommunikasiyaların inkişaf etdirilməsinin tərəfdarıdır"
Azərbaycan regionda nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin tərəfdarıdır.
ENA.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında deyib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə müzakirə olunub. "Biz regionun böyük tranzit potensialına malik olduğuna inanırıq", - İranın XİN başçısı deyib.
Nazir qeyd edib ki, əsas məqsəd bütün dünyada ədaləti və qanunun aliliyini təşviq etmək olmalıdır. İranın terrorla mübarizədə özünü mühüm tərəfdaş kimi sübut etdiyini bildirən XİN rəhbəri regional problemlərin yalnız regional əməkdaşlıq yolu ilə həll oluna biləcəyini vurğulayıb.