"Moody's"dan Türkiyənin bank sektoru üzrə qiymətləndirmə
Kredit reytinq agentliyi Moody's, Türkiyədə pul siyasətində normallaşmaya dönüşün bankların gəlirliliyinə dəstək olacağı fikrini paylaşıb.
Beynəlxalq kredit reytinq agentliyi Moody's, türk bankları ilə bağlı hesabatında, pul siyasətinin normallaşması ilə bankların gəlirliliyində də yaxşılaşmanın olacağını bildirib.
İyunun 24-də TCMB-nin qiymətli kağızlar üzrə dərəcəsini endirdiyini xatırladaraq “Bu addım TCMB-nin uçot faizini 8,5 faizdən 15 faizə qaldırmasından 2 gün sonra atılıb. Uzun müddətdir ki, türk banklarının gəlirliliyini də aşağı salan qeyri-adi siyasətlər yürüdən TCMB-nin son addımları ortodoks pul siyasətinə bir yanaşma gətirdi”, deyə bəyanat verib.
Məruzədə mərhələli normallaşma siyasətinin bank sektorunun gəlirliliyini dəstəkləyəcəyi bildirilib və ancaq ortodoks siyasətə dönüşdə bir-birinin ardınca atıla biləcək yanlış addımların banklar üçün əsas risk olduğunu qeyd edib.