Neft Fondunun dollar satışı 3,5 dəfə azalıb
Azərbaycan Dövlət Neft Fondu 2023-cü ilin iyun ayında valyuta hərraclarında 78,9 milyon dollar məbləğində xarici valyuta satıb. ENA.az xəbər verir ki, bu, may ayında olan valyuta satışından 3,5 dəfə azdır.
Fondun yaydığı məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında valyuta hərraclarında 1 milyard 571,1 milyon dollar həcmində xarici valyuta satılıb. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,7% azdır.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında 4 milyard 681,8 milyon dollar məbləğində xarici valyuta satıb.