MALİYYƏ

Şirkət 10 milyard dollarlıq layihədən imtina edib

ABŞ-ın "Google" şirkəti ölkənin Müdafiə Nazirliyinin (Pentaqon) keçirdiyi bulud texnologiyaları ilə bağlı müsabiqədə iştirak etməkdən imtina edib. 

Bu barədə "Bİ.az" xarici mətbuata istinadən xəbər verir. 

Qeyd edək ki, müsabiqənin qalibi Pentaqon üçün xüsusi müdafiə infrasturkturu (Joint Enterprise Defense Infrastructure cloud - JEDI) yaratmalıdır. Dəyəri 10 mlrd. ABŞ dolları olan layihə 10 il müddətinə həyata keçirilməlidir. 

"Google"un müsabiqəyə qatılmaması layihənin onun suni intelektin tətbiqi ilə bağlı prinsiplərinə zidd olması ilə izah olunur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department