HI-TECH

Apple telefonlarını bahalaşdırdı - YENİ QİYMƏTLƏR

“Apple” dolların məzənnəsinin qalxmasından sonra məhsullarını bahalaşdırıb. Artıq 4-cü dəfə qiymətlərini artıran Apple-ın ən bahalı telefonu iPhone 14 Pro Max 1 TB yaddaşla 5 min 607,62 manat oldu. ENA.az blomberqə istinadən xəbər verir ki, telefonlardan başqa, kompüter, planşet və qulaqlıq kimi məhsulların qiyməti də artıb.

iPhone-un son versiyası olan iPhone 14-ün (128 GB) ən ucuz modeli 3 min 129,80 manat ən bahalı modeli olan iPhone Pro Max 1 TB isə 5 min 607,62 yüksəlib.

Cari iPhone qiymətləri aşağıdakı kimidir:
iPhone 14 128GB: 3.097,20

iPhone 14 Plus 128 GB: 3.423,23

iPhone 14 Pro 128GB: 4.010,08

iPhone 14 Pro 1TB: 5.314,19

iPhone 14 Pro Max 128GB: 4.303,50

iPhone 14 Pro Max 1TB: 5.607,62

 

iCloud xidmətində 100 faiz artım olunub
Apple həmçinin ötən həftə saxlama xidməti olan iCloud-u 100 faiz artırıb. Xidmət üçün qeydiyyatdan keçdiyiniz zaman 5 GB yaddaş yeri verən iCloud-da daha çox yaddaş sahəsi üçün iCloud+ abunəsi tələb olunur. Saxlama qiymətlərində dəyişiklik aşağıdakı kimidir:

Köhnə qiymət

50 GB: 0,42
200 GB: 1,30
2TB: 4,24

Yeni qiymət

50 GB: 0,85
200 GB: 2,61
2TB: 8,48

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)