Rusiya iqtisadiyyatında nə baş verir? Rubl çökdü, aviabiletlər od qiymətinə qalxdı
Rusiyadakı hadisələrlə bağlı bu ölkənin milli valyutası çöküb, ölkədən qaçmaq istəyənlərin çoxluğundan təyyarə biletlərinin qiyməti uçur. ENA.az xəbər verir ki, 1 dollar artıq 90-95 rubla satılır. Bəzi banklarda dollar 110 rubla, avro isə 120 rubla təklif edilir.
Ölkədən qaçmaq istəyənlərin sayının çoxalması ilə əlaqədar aviabiletlərin qiyməti bir neçə dəfə artıb. Türkiyəyə ən ucuz biletin qiyməti 8 min rubldan 35 min rubla qalxıb. Moskvadakı ermənilərin qaçmaq istəyəni çox olduğundan Ermənistana bilet qiymətləri 36 min rubldan başlayır və 151 min rubla yüksəlib. Almataya ən ucuz bilet 48 min rubla təklif edilir. Tbilisiyə birbaşa reys isə ümumiyyətlə yoxdur.