Sığorta

Mərkəzi Bank “Günay Sığorta”nın lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankı “Günay Sığorta” ASC-nin də lisenziyasını ləğv edib.

Bu barədə AMB-dən bildirilir.

AMB bildirir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya ləğv edilib.

Bununla da 31 illik yaşı tamam olmamış adı tarixə qovuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)