Birja

Neft qiymətləri həftəni minusda başa vurur - QİYMƏT

Neft qiymətləri dünya mərkəzi banklarının pul siyasətini sərtləşdirməyə davam etməsi fonunda ucuzlaşmaqda davam edir və həftəni enişlə başa vurur.

İngiltərə Bankı və Norveç Mərkəzi Bankı bu ərəfədə baza dərəcələrini 50 baza bəndi (bp), İsveçrə Milli Bankı isə 25 bənd qaldırıb. Bundan əlavə, Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel ABŞ Mərkəzi Bankının bu il daha iki dəfə faiz artıra biləcəyinə işarə edib.

Londonun ICE Futures birjasında bugün saat 12:40-a Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 73,07 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,44% aşağıdır. Dünən bu kontraktlar 2,98 dollar (3,9%) azalaraq 74,14 dollar/barelə düşüb.

ABŞ Energetika Nazirliyinin cümə axşamı açıqladığı məlumatlara görə, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 3,83 milyon barel azalaraq 463,29 milyon barrelə qədər azalıb. Mütəxəssislər orta hesabla 450 min azalma proqnozlaşdırırdılar.

Ötən həftə ABŞ-da benzin ehtiyatları 479 min barel, distillatlar isə 434 min barel artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)