Azərbaycanın Neft Fondu "VTB"nin səhmlərinə görə böyük zərərə düşdü

Dövlət Neft Fondunun aldığı səhmlər üzrə zərərə düşüb. ENA.az Hesablama Palatasının rəyinə əsasən xəbər verir ki, 2022-ci ildə səhm alt portfeli üzrə gəlirliliyi -16,7 % təşkil edib.
Zərərin yaranmasında ən böyük pay "VTB" şirkətinin səhmləri üzrə qeydə alınıb -66,0%!
"VTB"nin 6 milyard 257 milyon 651 min 299 rubl dəyərində olan səhmləri üzrə Fondun zərəri 158 milyon dollardır.
Digər səhmlər - "MSCI World" portfeli -15.5%, “MSCI Europe ex UK" portfeli -12.5%, "VTB" şirkətinin səhmləri -66.0% , Səhmlərə investisiya qoyan pay fondları portfeli -21.5% .