Avropa İttifaqının Ermənistandakı missiyası genişlənir

Avropa İttifaqının Ermənistandakı missiyası genişlənir.
ENA.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Şərq Tərəfdaşlığı” proqramının saytı məlumat yayıb.
20-dən çox yeni işçinin işə qəbulu elan edilib. Müqavilələr 2025-ci ilin fevral ayına kimi nəzərdə tutulub.
Yeğeqnadzor, Cermuk, Gorus, İcevan və Qafanda da missiya fəaliyyət göstərəcək.