Nefti bahalaşdıran başlıca amillər nələrdir?
Benchmark neft qiymətləri əvvəlki iki gündə enişdən sonra bugün səhər yüksəlir. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 09:016-a olan Brent markalı neftin avqust fyuçerslərinin kotirovkaları bir barel üçün 76,25 dollar təşkil edir ki, bu da sonuncu sessiyanın bağlanış qiymətindən 0,35 dollar (0,5%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust ayı fyuçerslərinin qiyməti çərşənbə günü səhər saatlarında 0,4 dollar (0,6%) bahalaşaraq bir barelə görə 71,59 dollar təşkil edib.
Analitiklər, Federal Ehtiyat Sisteminin rəhbərinin bugün Nümayəndələr Palatasında, cümə axşamı isə Senatda çıxışlarını səbirsizliklə gözləyirlər.
“Biz FED sədri Jerome Powell-in Konqresə FED-in gələcək bir neçə ay ərzində daha yüksək faiz dərəcələri və yaxın müddətdə daha möhkəm inflyasiya ilə bağlı median proqnozunu əks etdirən məlumatları təqdim edəcəyini gözləyirik”, - ANZ Research bildirib.
Bundan əlavə, bazar ABŞ-ın yanacaq ehtiyatlarında dəyişikliklərlə bağlı məlumatları gözləyir. Proqnozlara görə, neft ehtiyatları ötən həftə azalıb və gözləntilər özünü doğrultsa, bu, qiymətləri dəstəkləyə bilər.
Amerika Neft İnstitutu (API) çərşənbə günü ABŞ-ın xam neft, benzin və distillə ehtiyatlarında dəyişikliklərlə bağlı həftəlik məlumatları açıqlayacaq. Cümə axşamı ABŞ Energetika Nazirliyi rəsmi rəqəmləri açıqlayacaq.