Bank

Taleh Kazımov Tacikistanlı həmkarı ilə görüşdü

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov çərşənbə axşamı Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ilə görüşüb.

Bu barədə Kazımov Twitter hesabında paylaşım edib. 

"Bu gün ölkəmizdə səfərdə olan Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ilə görüşdük”, - Kazımov qeyd edib.

O əlavə edib ki, görüş zamanı AMB və Tacikistan Milli Bankı arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)