Banklar dollar alışını 2 dəfə artırdılar - NƏTİCƏ
Azərbaycan Mərkəzi Bankı bugünkü valyuta hərracında banklara 23,6 milyon dollar satıb. Xatırladaq ki, iyunun 13-də keçirilən hərracda banklar 10,6 mln dollar almışdılar.
ENA.az xəbər verir ki, "Çərşənbə axşamı hərracda banklar tərəfindən tələb 23,6 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - deyə AMB-dən bildirilib.
Qeyd edək ki, 12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb. Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.