Avtomobil

Taksi sürücüləri xüsusi hazırlığı harada keçəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili taksi sürücülərinin xüsusi hazırlıq keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişkiliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində belə bir təlim mərkəzi var. Onun sözlərinə görə, digər təlim mərkəzlərinə də bu cür hazırlıq keçmə hüququnun verilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)