Bu texnika və qurğuların idxalı ƏDV-dən azad olunub
“Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların vətexnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda dəyişiklik edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, hökumətin qərarına əsasən, kənd təsərrüfatı və ya bağçılıq üçün: daşınan qurğular; kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər: səpələnən materiallar üçün; kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər: digərləri; samanın tədarükü üçün digər maşınlar; taxılyığan kombaynlar; digər taxıl döyümü maşınları və ya mexanizmləri ƏDV-dən azad olunur.
Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.