Gündəm

Telegraph: AB və London “Çelsi”nin satışından əldə edilən 2,3 milyardı bölə bilmirlər

Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra alınan 2,3 milyard funt-sterlinqin (təxminən 2,8 milyard dollar) taleyi ilə bağlı London və Brüssel arasında fikir ayrılıqları qalmaqdadır.

Bu barədə “Teleqraf” qəzeti yazır.

Böyük Britaniya və Avropa İttifaqının bu vəsaitlərin gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı fərqli baxışları var. Qəzetin yazdığına görə, Avropa İttifaqı Ukrayna iqtisadiyyatının uzunmüddətli bərpası üçün pul göndərilməsini düzgün hesab edir. Britaniya hökuməti bu fikirdədir ki, onlar münaqişədən zərər çəkmiş insanlara yardıma xərclənməlidir.

"Çelsi"nin keçmiş sahibi Abramoviç klubun satılmasını və pulun "Ukraynadakı münaqişənin bütün qurbanlarına" kömək etmək üçün istifadə olunacağına dair Britaniya hakimiyyəti ilə azılaşıb.

Vəsaitlərin zərər çəkmiş ukraynalılara dəstək olmaq üçün yeni yaradılmış fonda yönəldilməsi planlaşdırılır. Bu, müasir tarixdə münaqişə qurbanlarına edilən ən böyük ianələrdən biri olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)