Banklar valyuta hərracında dollar aldılar - NƏTİCƏ
Bugün Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin çıxarıldığı valyuta hərracında banklar 10,6 milyon dollar alıblar. ENA.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyunun 8-də keçirilən hərracda banklara 1,5 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb 10,6 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-nin məlunatında bildirilib.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada 2017-ci ildən keçirilir.