Dünyada Samsung smartfonlarına tələbat sürətlə azalır
2023-cü ildə Samsung 230-240 milyon smartfon sata biləcək ki, bu da planlaşdırılandan 40-30 milyon cihaz azdır. Bu barədə PhoneArena yeni analitik materialında məlumat verir.
“PhoneArena”nın məlumatına görə, “Samsung” hələ də dünyanın ən böyük smartfon istehsalçısıdır və əsas rəqibi “Apple”ı xeyli qabaqlayır. Lakin sürətlə auditoriyasını itirir. 2023-cü ilin ikinci rübündə şirkət bazara 55 milyon smartfon təqdim edib ki, bu da yanvar-mart (61,5 milyon ədəd) və 2022-ci ilin ikinci rübünün (62,5 milyon ədəd) nəticələrindən xeyli azdır.
Cənubi Koreya texnologiya nəhənginin 2023-cü ilin sonuna qədər 240 milyondan çox smartfon satmayacağı gözlənilir. Bu, Samsung-un ilin əvvəlində təyin etdiyi 270 milyon ədəd plandan nəzərəçarpacaq dərəcədə azdır. Müqayisə üçün: 2022-ci ildə Samsung 260 milyon smartfon satıb. Hətta çətin pandemiya dövründə 2020-də şirkət daha yaxşı nəticələr göstərib və 250 milyon cihaz satıb.
PhoneArena yazır ki, Samsung satışları Galaxy S23 xəttinin yalnız mülayim uğuru, eləcə də Galaxy A seriyasından büdcə və orta səviyyəli smartfonlara qlobal tələbatın azalması səbəbindən aşağı düşür.