Sosial iqtisadiyyat

Zahid Oruc: “Son 6 ildə əhalinin yaşayışı 75 % bahalaşsa da, orta maaş 65 % artıb”

Azərbaycanda son 6 ildə əhalinin yaşayışı 75 %-dən çox bahalaşsa da, orta maaş 65 %-ə yaxın artıb.

Bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında Sosial Tədqiqatlar Mərkəzinin və parlamentin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc deyib.

“Bu illərdə hökumətin ən böyük problemi qiymətlərin artımının qarşısını ala bilməməsi olub. Obyektiv iqtisadi mərkəzlərin hesabatları göstərir ki, devalvasiyadan sonra əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda məhsul-buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68 % artıb. Həmin dövrdə əsas kommunal xidmətlər-elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80 % artıb. Konkret əhali qrupları içərisində məsələn, təhsil işçilərinin – 2015-ci ildən diaqnostik qiymətləndirmədən sonra ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı 55 % təşkil etdiyi halda real inflyasiya həmin rəqəmlərin sosial effektini xeyli zəiflədib. 28 mayda seçkilərdə parlaq qələbə qazanan Rəcəb Tayyib Ərdoğan yeni hökumətə-özü də onun siyasətilə razılaşmayanları da daxil etdiyi təzə komandasına yüksək inflyasiyanın qarşısını almağı önə qoyub”, – deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)