Azərbaycanda ən çox bu sığorta şirkətlərindən şikayət edilib - SİYAHI
Azərbaycan Mərkəzi Bankı icbari avtosığorta üzrə “şikayət indeksi” açıqlayıb.
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "AzSığorta" şirkəti olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib.
“Atəşgah Sığorta” 3.53 indeksi ilə ikinci, “İpək Yolu Sığorta” isə 2,16 indeksi ilə üçüncü olub.
Qeyd edək ki, siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzrə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. "Naxçıvan Sığorta" üzrə isə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:
Sığortaçılar | Şikayət indeksi | |
"AzSığorta" ASC* | 3.82 | |
“Atəşgah Sığorta” ASC | 3.53 | |
“İpək Yolu Sığorta” ASC | 2.16 | |
"Günay Sığorta" ASC | 1.67 | |
"A-Qroup Sığorta" ASC | 1.6 | |
"Xalq Sığorta" ASC | 1,51 | |
""AtaSığorta" ASC | 1.46 | |
"Bakı Sığorta" ASC | 1.46 | |
"Azərbaycan Sənaye Sığorta" ASC | 1.39 | |
“Azәrsığorta” ASC | 0.92 | |
"Meqa Sığorta" ASC | 0.55 | |
"Qala Sığorta" ASC | 0,40 | |
“Paşa Sığorta” ASC | 0,17 | |
"Naxçıvansığorta" ASC** | 0,00 |