Gündəm

Berluskoninin mirasının nə qədər qiymətləndirildiyi məlum olub

İyunun 12-də səhər saatlarında vəfat edən İtaliyanın keçmiş baş naziri və “Forza Italia” partiyasının qurucusu Silvio Berluskoninin mirası təxminən 4 milyard avrodur

Bu barədə yerli “Corriere della Sera” qəzeti yazır.

Nəşr qeyd edib ki, Berluskoninin əsas aktivləri arasında onun 1978-ci ildə yaratdığı Fininvest media qrupunun səhmlərinin 61%-i də var. Qalan səhmlər onun övladlarına məxsusdur. 2021-ci il üçün son hesabata görə, şirkətin xalis gəliri 4,9 milyard avro təşkil edib.

Nəşrin məlumatına görə, Berluskoninin ölkə boyu 10-dan çox villası olub. Bundan əlavə, Roma və Milanda yaşayış və digər daşınmaz əmlaklara sahib idi. Bütün bunlardan əlavə, onun iki yaxtası və bir yelkənli qayığı, həmçinin Audi A17 markalı avtomobili olub.

Məqalə müəllifləri əlavə edib ki, ölkənin keçmiş baş naziri “Monza” futbol klubunun da sahibi olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)